Aqressiv mühitli bina və qurğuların ventilyasiya kanalları üçün tətbiq olunan xrizotilsement qutuların daxilində mühitin aqressiv təsir dərəcəsi bina daxilinə nəzərən bir pillə yuxarı qəbul edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Aşağıda verilən mühitlərin xrizotilsement konstruksiyalara aqressiv təsir dərəcələri betonlarda olduğu kimi qəbul olunmalıdır: qazşəkilli – cədvəl 2 üzrə; bərk – cədvəl 3 üzrə; qruntlar – cədvəl 4 üzrə; maye – sukeçirməzliyə görə W4 markalı portland sementli betonlar üçün olduğu kimi cədvəl 5, 6 və 8 üzrə.