Aqressiv mühitlə vaxtaşırı hörgülərin nəmləndiyi və donduğu hallarda kərpicin şaxtayadavamlılığa görə markasını F50-dən az olmayaraq qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Məhlul üçün sement, qum və su bu Normaların bölmə 5 – də verilmiş tələblərə müvafiq olmalıdır. Güclü aqressiv təsir dərəcələrində turş mühitlər üçün maye şüşə və ya polimer yapışdırıcı əsasında turşuyadavamlı məhlullar tətbiq olunmalıdır. Aqressiv mühitli yerləşgələrdə daş hörgülərin bütün tikişləri hamarlanmalıdır.