Atalığı müəyyən etmək haqqında akt qeydi tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
Atalığın müəyyən edilməsi haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 5 nömrəli əlavə) tərtib edilərkən məlumatlar uşağın doğumu haqqında akt qeydinə, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərə və atalığın müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinə uyğun olaraq aşağıdakı qaydada göstərilir:
– 1-3-cü qrafalarda uşağın soyadı, adı, ata adı yazılır.
– 4-cü qrafada uşağın doğulduğu gün, ay, il göstərilir.
– 5-ci qrafada uşağın cinsi yazılır.