Avtoklav şəraitində bərkiyən beton konstruksiyalarda qoyma detalların mühafizəsi üçün alüminium örtükləri nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Bina və qurğu konstruksiyalarında qoyma detal və birləşdirmə elementlərinin alüminium örtükləri vasitəsilə mühafizəsi, sulfidli qaz və hidrogen sulfid reagentləri mövcud olan aqressiv qazşəkilli mühitlər üçün də nəzərdə tutulmalıdır. Betonla təmasda olan alüminium mühafizə örtüklü qoyma detalların konstruksiyanın betonlamasına qədər əlavə mühafizəsi nəzərdə tutulmalıdır.