Beyləqanda zəhərlənmə faktı qeydə alınıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  ilkin ehtimala görə, spirtdən zəhərlənən 1996-cı il təvəllüdlü Səyyad Vəlizadə həyatını itirib.

Qohumları onun spirtli içkidən zəhərləndiyini bildirib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.