Kənar mənbəli cərəyan sahəsində olan konstruksiyaların betonuna xlorlu duzlar olan əlavələrin, At-IV, At-V, At-VI, A-V və A-VI sinifli poladla armaturlanmış qabaqcadan gərginləşdirilmiş konstruksiyaların betonuna isə – xlorlu duzların, nitrat və nitritli əlavələrin daxil edilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Bina və qurğuların elektroliz bölümlərinin elektrokorroziyadan mühafizəsi üçün aşağıdakılar nəzərə alınmalıdır:
– yeraltı dəmir-beton konstruksiyalarda, elektrolizedicilərə xidməti dəmir-beton meydança sahələrində və dəmir-beton örtüklərində elektroizolyasiya tikişlərinin quraşdırılması;
– su məhlullarının elektroliz bölmələrində elektrik daşıyıcı qurğularla qovuşan konstruksiyalar üçün (elektroliz edicilərin altında dayaq, tir və bünövrələri, şin xətləri altında istinad dayaqları, elektroliz edicilərlə birləşdirilmiş avadanlıqlar altındakı istinad tirləri və bünövrələri) polimerbetonların tətbiq olunması;
– konstruksiyaların səthinə məhlulların axmasının qarşısının alınması üçün tədbirlər (qoruyucu çətir və s.-nin quraşdırılması);
– yeraltı konstruksiyaların bünövrə səthlərinin mühafizəsi üçün tövsiyyə olunan qoruyucu örtüklərlə mühafizəsi;
– su məhlullarının elektroliz bölmələrində elektrolizedicilərin bünövrələrinin, kanal, novalça və digər konstruksiyaların qrunt səviyyəsində və ya ondan aşağıda quraşdırıldığı hallarda polad millərlə armaturlanmasına yol verilmir.