Metal prokat məmulatının qalınlığı 5 mm-dən çox olduqda sadalanan markalardan polad konstruksiyaların səthlərinin çapaqlardan (okalina) və paslardan təmizlənmədən tətbiq edilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Açıq havada zəif aqressiv təsirli mühit şəraitində 10XHDP (A və B qaz qruplu mühitlər üçün) və 10XDP (yalnız A qaz qruplu mühitlər üçün) markalı poladlardan qoruyucu konstruksiyaların korroziyadan qorunmadan tətbiq olunmasına yol verilir. Bu markalı poladlardan zəif və orta aqressiv mühitli binaların daxilində yerləşən konstruksiya hissələri metalın boyanma və profilləmə xətlərində çəkilmiş II və III qrup lak-boya örtüklərlə və ya zəif aqressiv təsir dərəcəli mühitlər üçün nəzərdə tutulan qoruma üsulları ilə korroziyadan mühafizə olunmalıdır.