Müəssisənin cari fəaliyyətinə rəhbərlik etmək, müəssisəni dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq qurumlarla, digər hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil etmək, müəssisənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili əmr və sərəncamlar vermək, müəssisənin Nizamnaməsi ilə təsisçinin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən, müəssisənin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək və Elmi Şuranın iş planının icrasını təmin etmək və onun monitorinqini həyata keçirmək rektorun vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə”də əksini tapıb.