Dəmir-beton ventilyasiya borularının futerlənməsi üçün turşuyadavamlı fasonlu keramikadan, eləcə də polimer və ya turşuyadavamlı məcunla kərpic tətbiq edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Qaz yollarının və boru bünövrələrinin xarici səthlərinin qorunması yeraltı konstruksiyaların korroziyadan mühafizəsi üzrə tələblərə müvafiq olaraq nəzərdə tutulmalıdır.