Fəqərələrarası xondrozun rentgenoloji simptomları açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Fəqərələrarası xondrozun rentgenoloji simptomları bunlardır:
– onurğanın formasının pozulması (statik funksiyanın pozulması);
– fəqərələrarası diskin hündürlüyünün azalması;
– fibroz halqanın ön hissəsində və ya pulpoz nüvədə əhəng duzlarının çökməsi;
– fəqərə cisimlərinin standart rentgenoqrafiya ilə təyin edilən yerdəyişməsi (ön, arxa, yan);
– seqmentdə hərəkətlilik patologiyası (dinamik funksiyanın pozulması);
– fəqərə cisimlərinin bütün səthlərinin dəqiq konturlarının saxlanması, onlarda destruktiv dəyişikliklərin olmaması.