Doğum haqqında akt qeydinin 20-ci qrafasında doğumun qeydə alınması üçün müraciət etmiş şəxsin soyadı, adı, ata adı və ünvanı yazılır, habelə onun tərəfindən imzalanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
21-ci qrafada qeydiyyat zamanı iştirak edən şəxslərin soyadı, adı, ata adı yazılır və onlar tərəfindən imzalanır. 22-ci qrafada verilən doğum haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir. 23-cü “Qeydlər üçün” qrafada doğumun dövlət qeydiyyatının qeydiyyat şöbəsinin yerləşdiyi binadan kənarda aparılmasına, doğumun qeydə alınması üçün müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra uşağın qeydiyyatda olduğu tibb müəssisəsindən verilmiş sənədə, atılmış və tapılmış uşaqların doğumunun qeydə alınması üçün yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın müraciətinə, doğumun dövlət qeydiyyatının etibarnamə əsasında aparıldığı hallarda nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar göstərilir.