“İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları” bina və qurğuların inşaat konstruksiyalarının (beton, dəmir-beton, polad, alüminium, ağac, daş və xrizotilsement) mənfi 50-dən müsbət 50°С-yə qədər temperatura malik olan aqressiv mühitlərin təsirindən mühafizəsinin layihələndirilməsinə şamil olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu normalar inşaat konstruksiyalarının radioaktiv maddələrin təsiri nəticəsində baş verən korroziyadan mühafizəsinin, eləcə də xüsusi betonlardan konstruksiyaların layihələndirilməsinə (polimerbeton, turşuya-dayanıqlı, istiyədavamlı betonlar) şamil olunmur.