Maye mühitlərdə yerləşən polad rezervuarların daxili səthlərinin korroziyadan mühafizə olunması üçün bənd 8.32-də verilmiş örtük materialları cədvəl 33-dən və əlavə 16-dan qəbul olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Cədvəl 32
Rezervuarların konstruksiyalarının elementləri | Rezervuarların polad konstruksiyalarına aqressiv təsir dərəcələri | ||||
xam neft | neft məhsulları | ||||
mazut | dizel yanacağı | benzin | kerosin | ||
Alt hissənin daxili səthi və aşağı kəmər | Orta aqressiv | Orta aqressiv | Orta aqressiv | Zəif aqressiv | Orta aqressiv |
Ponton və üzən dam örtüklərinin aşağı hissəsi və orta kəməri | Zəif aqressiv | Zəif aqressiv | Zəif aqressiv | “ | Zəif aqressiv |
Üst kəmər (dövri isladılma zonası) | Orta aqressiv | “ | “ | Orta aqressiv | “ |
Ponton və üzən damların yuxarı hissəsi və dam örtükləri | “ | Orta aqressiv | Orta aqressiv | Zəif aqressiv | Orta aqressiv |
Qeyd: 1. Mazutun aqressiv təsir dərəcəsi 90° C-yə qədər saxlama temperaturları üçün qəbul olunur; 2. Xam neftin tərkibində 10 mq/l-dən yuxarı qatılıqda hidrogen sulfid və ya istənilən nisbətdə hidrogen sulfid və karbon qazı olduqda altının daxili səthinə, aşağı kəmərə, ponton və üzən örtüklərin yuxarı hissəsi və dam örtüklərinə aqressiv təsir dərəcəsi bir pillə yüksəldilir. |