Qruntlarda yerləşən konstruksiyalar üçün izolyasiya örtükləri nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Dəyirmi və düzbucaqlı en kəsikli, eləcə də kanat, buraz, boru elementləri yapışqan polimer baftalarla və ya bitum-rezin, bitum-polimer və bu kimi tərkiblərlə armaturlayıcı sarğılardan təşkil olunmuş normal, gücləndirilmiş və ya son dərəcə gücləndirilmiş örtüklərlə DÜİST 9.602-nin tələblərinə müvafiq qorunmalıdır; lövhə konstruksiyalar və profilli yaymalardan konstruksiyalar isə laylarının qalınlığı 3 mm-dən az olmayan bitumlu, bitum-polimerli və ya bitum-rezinli örtüklərlə mühafizə olunmalıdır. Quraşdırma qaynaq tikişləri qaynaq işlərindən sonra korroziyadan mühafizəsə olunmalıdır. Quraşdırma qaynaq yerlərinin quraşdırmaya qədər bitumlu astarla bir lay astarlanmasına yol verilir.