Fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı komissiyalar və işçi qrupları yaratmaq, müəssisənin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və strateji inkişafının təmin edilməsi ilə bağlı Himayəçilər Şurasına və tabe olduğu orqana (quruma) və ya bələdiyyəyə təkliflər vermək, qanunvericiliyə uyğun olaraq əqdlər bağlamaq və bankda hesab açmaq, öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini prorektorlardan birinə həvalə etmək, müəssisənin təlim və tədris proseslərinə elmi müəssisə və təşkilatlarda çalışan elmi işçiləri və mütəxəssisləri, o cümlədən xarici ölkələrdən təcrübəli mütəxəssisləri cəlb etmək, Himayəçilər Şurasının növbədənkənar iclasının keçirilməsi barədə vəsatət qaldırmaq rektorun hüquqları sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə”də əksini tapıb.