Xırda sümüklərin stasionar müalicə tələb etməyən fəsadlaşmamış qapalı sınıqlarında “Xəstəliklər cədvəli”nin III qrafası üzrə hərbi qulluqçuları, məzuniyyət verilməsinin və ya azad edilmənin zəruriliyi haqqında qərar çıxarmaqla, ambulator qaydada şəhadətləndirməyə icazə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
61 | Yastıayaqlılıq və ayağın digər deformasiyaları: | |||
a) funksiyaların mühüm dərəcədə pozulması ilə | D | D | D | |
b) funksiyaların mülayim dərəcədə pozulması ilə | C | C | C və ya B FƏRDİ | |
c) funksiyaların cüzi dərəcədə pozulması ilə | C | C | B | |
ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda | A-3 | A | A | |
d) travmaların, anadagəlmə qüsurların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar | Ç | Ç | Ç |