Xəbər verdiyimiz kimi, İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, faciə nəticəsində ana və iki azyaşlı övladı həyatını itirib.

Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanaının reanimasiya şöbəsinə yerləşdirlib.

***

saat 23.07

İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.