Əl oynaqları (əl oynağı dedikdə, əli saidlə birləşdirən və mil-bilək, bilək, əldarağıarası, bilək-əldarağı, biləkarası oynaqların, habelə distal mil-dirsək oynağının daxil olduğu oynaqlar kompleksi başa düşülür) səviyyəsində iki əlin olmaması və hər iki əldə əldarağı-falanqa oynaqları səviyyəsində 3 barmağın olmaması və hər iki əldə əsas falanqaların distal ucları səviyyəsində 4 barmağın olmaması “a” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.