Akt qeydlərində tarixlər qrafasında gün iki rəqəmlə, ay sözlə, il dörd rəqəmlə göstərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

“Doğulduğu yer”, “Yaşayış yeri” və “Öldüyü yer” qrafalarında məlumatlar təqdim edilmiş sənədlərə əsasən qeyd olunur. Xarici dövlətlərin yaşayış məntəqələrinin adı yazılarkən bu qeydlər həmin dövlətin inzibati ərazi bölgüsünün xüsusiyyətləri nəzərə alınmaqla yazılır. Şəhər (kənd) və dövlətin adının qeyd olunması zəruridir.