Ayağın arxa hissəsinin supinasiyası, ön hissəsinin pronasiyası şəklində deformasiyası olduqda hündür daxili və xarici tağları olan (kəskin burulmuş ayaq adlanan) ayaq çalovabənzər ayaq hesab edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Bu zaman ayağın ön hissəsi yastılaşmış, enlənmiş və bir qədər içəri çevrilmiş olur, orta ayaq darağı sümüklərinin başcıqları altında yastılanmalar və ya çəkicəbənzər deformasiyalar var.