Hansı hallarda polad konstruksiyaların layihələndirilməsinə yol verilmədiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Aşağıdakı hallarda polad konstruksiyaların layihələndirilməsinə yol verilmir:
-orta və güclü aqressiv təsir dərəcəli mühitli bina və qurğuların, eləcə də tərkibində kükürd anhidridi (kükürd dioksidi) və ya hidrogen sulfid olan B qruplu qazlar ilə zəif aqressiv mühitlərdə yerləşən bina və qurğuların polad konstruksiyalarında 09Q2 və 14Q2 markalı poladlardan istifadə olunması;
– tərkibində kükürd dioksidi və ya hidrogen sulfid olan B, C və ya D qaz qruplarına görə qazlar ilə, orta və güclü aqressiv mühitli bina və qurğuların polad konstruksiyalarında18Q2AFps markalı poladlardan istifadə olunması.