Atalığı müəyyən etmək haqqında akt qeydinin 6-cı qrafasında uşağın doğulduğu yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd), doğumu haqqında akt qeydinin nömrəsi, tarixi və doğumu qeydə alan qeydiyyat orqanının adı göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
6.1-ci qrafada uşağın vətəndaşlığı (bu barədə sənəd olduqda), 6.2-ci qrafada yaşayış yerinin ünvanı, 6.3-cü qrafada yetkinlik yaşına çatmış şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur. 7-ci qrafada atalıq müəyyən edildikdən sonra verilən soyad, ad və ata adı yazılır. 8-10-cu qrafalarda valideynlərin soyadı, adı, ata adı yazılır. 11-ci qrafada valideynlərin doğulduğu gün, ay, il, 11.1-ci qrafada doğulduğu yer, 11.2-ci qrafada onların vətəndaşlığı göstərilir.