Doğum haqqında bərpa akt qeydinin tərtib edilməsinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

Doğum haqqında bərpa akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə) tərtib edilərkən 1-8-ci qrafalarda barəsində müvafiq akt qeydi tərtib edilən şəxsə dair məlumatlar təqdim edilmiş sənədlərə, müvafiq orqanın rəyinə və ya məhkəmə qətnaməsinə əsasən aşağıdakı qaydada göstərilir:

– 1-3-cü qrafalarda müvafiq olaraq şəxsin soyadı, adı və ata adı yazılır.

– 4-cü qrafada şəxsin cinsi göstərilir.

– 5-ci qrafada doğulduğu gün, ay və il qeyd olunur.