Lak-boya örtüklərin qatlarının sayı dəyişdirmədən qalınlığının 20 %-ə qədər artırılmasına yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

İstehsalçı zavod şəraitində konstruksiyaların səthlərinə nəzərdə tutulmuş qoruyucu qatların tam və ya qismən çəkildiyi halda konstruksiyalar bir astar qatı ilə işlənməlidır. Qoruyucu qatların nəzərdə tutulmuş bütün qatlarının inşaat və ya quraşdırma meydançalarında icrası zamanı aşağıda verilən tələblər təmin olunmaqla astar qatları nəzərdə tutulmalıdır:

–   zəif aqressiv təsir dərəcəli istehsalat mühitlərində bina və qurğu konstruksiyaları üçün – iki qat olmaqla (bir qatın qalınlığı ən azı 20 mkm olmaqla istehsalçı-zavodda və bir qat isə quraşdırma meydançasında yerinə yetirilməklə cədvəl 29-da verilmiş qruplara müvafiq astarla);

–  orta və güclü aqressiv təsir dərəcəli istehsalat mühitlərində bina və qurğu konstruksiyaları üçün cədvəl 29-da verilmiş astar qrupları ilə iki qat olmaq istehsalçı-zavodda;

– II və III qrupa müvafiq emal altında QF-021 və QF-0119 (I qrupa aid) materiallarından astarlanmanın nəzərdə tutulmasına yol verilir;

–  IV qrup qoruyucu materiallar altındakı konstruksiya səthlərinin istehsalçı-zavod şəraitində FL-OZK (II-III qruplara aid) astarlarla işlənilməsinə yol verilir. Bu halda quraşdırma meydançalarında FL-OZK astarı ilə üçüncü (texnoloji olaraq qalınlığın yarısı hesabı ilə) qatın, perxlorvinil astarları (IV qrup) və ya vinilxlorid sopolimeri (IV qrup) əsasında dördüncü astar qatı və cədvəl 29-da verilən göstərişlərə müvafiq olaraq qoruyucu mühafizə qatlarının çəkilməsi nəzərdə tutulmalıdır (astarlanma qatlarının sayı 4-ə qədər artırıldıqda qoruyucu qatların sayı beşdən çox olmayaraq nəzərdə tutulmalıdır).