Ali təhsilin müvafiq səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını təmin etmək, müəssisənin profilinə uyğun olaraq, elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatların aparılması və elmi-metodiki sənədlərin hazırlanmasını təmin etmək, müəssisədə təlim-tərbiyə prosesində innovativ texnologiyaların və yeni təlim üsullarının tətbiq olunmasını təmin etmək, ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris planlarını təsdiq etmək, Himayəçilər Şurasının iclaslarında iştirak etmək, müəssisənin strateji inkişaf proqramının layihəsinin hazırlanaraq Himayəçilər Şurasının təsdiqinə təqdim edilməsini təmin etmək rektorun vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə”də əksini tapıb.