Kombinə olunmuş örtüklərdə metallaşdırıcı örtük və qatların qalınlığı sink və alüminium örtüklər üçün 120 mkm-dən az qəbul olunmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Qaynar sinkləmə ilə yerinə yetirilən sink örtüklərin qalınlığı ən azı 50 mkm, qalvanik üsulla isə – ən azı 30 mkm qəbul olunmalıdır. Alüminium örtük qatının qalınlığı 120 mkm-dən çox olduqda qaynaqlamadan əvvəl qoyma detalların səthində qaynaq tikişi vurulacaq yerlərdən mühafizə örtükləri təmizlənməlidir.