Gəlir vergisi bəyannaməsinin “Ümumi gəlir” sətrindəki məbləğdən “Xarici valyutanın manata nisbətən müsbət məzənnə fərqi” və “Yeni uçot metodunun tətbiq edilməsindən yaranmış gəlirlər” sətirləri çıxılmaqla alınan nəticənin bəyannamənin 1 nömrəli əlavəsinin “Sair debitor borclar” sətrinin “Dövr ərzində daxil olmuşdur” sütunu ilə üzləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Gəlir vergisi bəyannaməsinin “Ümumi gəlir” sətri ilə “Vergilərin uçot metodunun dəyişməsindən yaranan keçmiş illərin gəliri” sətrinin fərqindən alınmış nəticənin bəyannamənin 1 nömrəli əlavəsinin “Alınmış avanslar” və “Gələcək dövrün gəlirləri” sətirləri üzrə “Təqdim edilmişdir” və “Silinmişdir” sütunlarının cəmi üzləşdirilməlidir.
