Xrizotilsement divar panelləri qruntla təmasda olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu konstruksiyaları, xrizotilsement divar panellərini aqressiv qrunt sularının kapilyar sorulmadan qoruyan, hidroizolyasiya altlığına malik olan kürsülük üzərində yerləşdirməlidir. Daş və armodaş konstruksiyaların səthləri korroziyadan lak-boya (suvaq üzrə) və ya qalınlaylı lak-boya mastika materialları (bilavasitə hörgü üzrə) ilə mühafizə olunmalıdır.