Akt qeydlərinin ön səhifəsinin yuxarı sol küncünə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını həyata keçirən orqanın künc ştampı vurulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
Akt qeydlərində məlumatlar tam yazılır, bütün suallara qəti cavablar verilir. Ayrı-ayrı sözlərin buraxılmasına və ya ixtisar edilməsinə yol verilmir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən qeydiyyat şöbəsində, nikah evində, konsulluq idarəsində, icra hakimiyyətinin nümayəndəliyində tərtib edilən akt qeydləri hər təqvim ilinin əvvəlində birinci nömrədən başlayaraq nömrələnir və il ərzində ardıcıl davam etdirilir.