Aqressiv mühitli istehsalat bina və qurğuların boru və ya qapalı düzbucaqlı profilli elementlərdən olan polad konstruksiyaları bütöv tikişlərlə və uclarının qaynaqlanması ilə layihələndirilməlidir. Bu halda daxili səthlərin korroziyadan qorunmamasına yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Zəif aqressiv mühitlərdə, açıq havadakı konstruksiyalar üçün qapalı en kəsikli elementlərin tətbiq olunmasına, suyun yığılması mümkün olan sahələrdən onun kənarlaşdırılmasının təmin edilməsi şərtilə yol verilir.