Aqressiv mühit təsirinə məruz qalan (tərkibində B qaz qrupuna aid xlor, hidrogen xlorid və ya hidrogen ftorid qazları olan zəif aqressiv mühitlərin təsiri istisna olmaqla) yükdaşıyan alüminium konstruksiyaların layihələndirilməsində alüminium qoruyucu konstruksiyalarında olduğu kimi korroziyadan mühafizə tələblərinə riayət olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Mötərizədə göstərilmiş mühitlər üçün alüminiumun bütün markalarından yükdaşıyan konstruksiyalar korroziyadan elektrokimyəvi anodlama (qatın qalınlığı t ³ 15 mkm) yolu ilə qorunmalıdır.