Neft və neft məhsulları üçün olan həcmi qurğularda sukeçirməzlik üzrə markası ən azı W8 olan betonlar istifadə olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Həcmi qurğu konstruksiyalarının daxili səthlərinin korroziyadan mühafizə üsulları cədvəl 13 və əlavə 4-ə müvafiq olaraq qəbul edilməlidir. Qrunt daxilində yerləşən həcmi qurğuların dəmir-beton konstruksiyalarının səthinə qrunt nəmliyinin müdaxiləsini istisna edən xarici hidroizolyasiya nəzərdə tutulmalıdır.