Doğum haqqında bərpa akt qeydinin 6-cı qrafasında doğulduğu yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd, küçə, bina, mənzil) əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
7-ci qrafada yaşayış yerinin ünvanı göstərilir. 8-ci qrafada iş yeri və vəzifəsi, əyani təhsil alan şəxslər üçün isə təhsil müəssisəsinin adı və təhsil pilləsi göstərilir. Şəxs işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır. 9-11-ci qrafalarda atanın və ananın soyadları, adları və ata adları göstərilir. 11-1-ci qrafada valideynlərin doğulduğu gün, ay və il, 11-2-ci qrafada onların doğulduğu yer (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd), 11-3-cü qrafada vətəndaşlığı, 11-4-cü qrafada yaşayış yerinin ünvanı, 11-5-ci qrafada şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur.