Müəssisənin illik büdcəsinin layihəsinin hazırlanaraq Himayəçilər Şurasının müzakirəsinə təqdim edilməsini təmin etmək, Himayəçilər Şurasına müəssisənin strateji inkişaf proqramının və illik büdcəsinin icrasına dair ətraflı məlumat təqdim etmək, Himayəçilər Şurasının fəaliyyəti ilə bağlı zəruri olan məlumat və sənədləri ona təqdim etmək, müəssisənin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müəssisənin beynəlxalq fəaliyyətini təmin etmək və beynəlxalq əlaqələrini genişləndirmək, müəssisənin akkreditasiyasının keçirilməsinə dair təşkilat komissiyası yaratmaq rektorun vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə”də əksini tapıb.