Atalığı müəyyən etmək haqqında akt qeydinin 12-ci qrafasında valideynlərin milliyyəti, 13-cü qrafada yaşayış yerinin ünvanı (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd) qeyd olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

14-cü qrafada valideynlərin iş yeri və vəzifəsi göstərilir, valideynlər işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır. 15-ci qrafada valideynlərin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur. 16-cı qrafada atalığın müəyyən edilməsi haqqında qeydin əsasları göstərilir:

– atalıq valideynlərin birgə ərizəsi əsasında müəyyən edildikdə – ərizənin tarixi;

– valideynlərin imzası;

– atalıq məhkəmə qətnaməsi əsasında müəyyən edildikdə qətnamənin tarixi, nömrəsi və onu çıxarmış məhkəmənin adı qeyd edilir.

17-ci qrafada ərizə verənin soyadı, adı, atasının adı, yaşadığı yer göstərilir, həmin şəxs tərəfindən imzalanır. 18-ci qrafada verilən atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir. 19-cu “Qeydlər üçün” qrafada ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalığın müəyyən edilməsinə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı barədə məlumatlar göstərilir.