Gəlir vergisi bəyannaməsinin “Xammal və materiallar” və “Malın dəyəri” sətirlərindəki material xərclərinin cəmi ilə əlavənin “Hazır məhsul”, “Mallar” və ”Sair ehtiyatlar” sətirlərinin “Təqdim edilmişdir”, “Silinmişdir” sütünlarındakı göstəricilərin cəmi üzləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Gəlir vergisi bəyannaməsinin ”Səhmlərin alınması ilə bağlı xərclər” və ”İştirak paylarının alınması ilə bağlı xərclər” sətirlərinin cəmi ilə Əlavənin “Səhmlər və iştirak payları üzrə maliyyə qoyuluşları” sətrinin “Təqdim edilmişdir” və “Silinmişdir” sütunlarındakı nəticələri üzləşdirilməlidir.