3 və daha çox əldarağı sümüklərinin köhnə çıxıqları və ya qüsurları, 3 və daha çox əldarağı-falanqa oynaqlarının dağılması, qüsurları və artroplastikasından sonrakı hal, 3 və daha çox barmağın bükücü əzələ vətərlərinin əldarağı sümükləri səviyyəsindən proksimal hissədə köhnə zədələri və ya qüsurları və 3 və daha çox barmağın davamlı kontraktura və ya trofikanın mühüm dərəcəli pozulmaları (anesteziya, hiposteziya və digər pozulmalar) ilə nəticələnmiş köhnə zədələrinin məcmusu “b” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.