İmzanın tərkibi sənədi imzalamış şəxsin vəzifəsinin adından, onun şəxsi imzasından, adından və soyadından ibarət olmalı, möhür elə vurulmalıdır ki, onun mətni aydın oxunsun.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

Akt qeydindəki məlumatlara dəyişiklik edilməli olduqda orada mövcud olan məlumatın üzərindən üfüqi düz xətt çəkilir və həmin məlumatın ətrafındakı boş hissəyə yeni məlumat yazılır. Akt qeydinin boş sahələrində dəyişiklik edilməsinin əsası barədə qeyd yazılır və bu dəyişikliyi etmiş əməkdaş tərəfindən imzalanır, habelə müvafiq orqanın möhürü ilə təsdiq edilir.