Ağrı sindromu və aşıqaltı oynaqda II mərhələ artrozla Beler bucağının mənfi 10 dərəcədən çox azalması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası “b” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Dekompensasiya, yaxud subkompensasiya olunmuş boylama yastıayaqlılıqda ayaq nahiyəsində ağrılar ayaq üstündə durduqda yaranır və adətən axşama doğru onlar pastozlaşanda güclənirlər. Zahirən ayaq pronasiya olunmuş, orta hissədə uzanmış və enlənmiş, boylama tağ enmiş olur, qayığabənzər sümük ayağın medial kənarında dəridən aydın təsvir olunur, daban valqus vəziyyətində olur.