Hansı hallarda elektrokorroziyadan mühafizə tətbiq edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Aşağıdakı hallarda elektrokorroziyadan mühafizə tətbiq edilməlidir:
– daimi cərəyan avadanlıqlarından azan cərəyanlar olan hallarda;
– bina və qurğuların elektroliz istehsal sahələrinin dəmir-beton konstruksiyaları;
– daimi cərəyanla elektriklənmiş relsli nəqliyyat qurğularının konstruksiyaları;
– bina və qurğuların daimi cərəyan mənbəsi sahəsində yerləşən boru kəmərləri, kollektorları, bünövrələri və digər xətti yeraltı konstruksiyaları;
– dəmir-beton konstruksiyalardan torpaqlanma qurğusu kimi istifadə olunduqda dəyişən cərəyan təsirindən.
