Transfer qiymətlərinin tətbiqi ilə əlaqədar vergi ödəyiciləri tərəfindən təqdim edilmiş “Nəzarət olunan əməliyyatlar barədə Arayış”da göstərilən məlumatlar araşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.

Eyni zamanda “Nəzarət olunan xarici müəssisə haqqında arayış”da göstərilən məlumatlar, “Əlavə 3” də qeyd edilən azadolmalar və güzəştlər barədə məlumatlar və vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən məlumatlar araşdırılmalıdır.