Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin 9-cu qrafasında – soyad, ad və ata adı qeydiyyat orqanının rəyi əsasında dəyişdirildikdə həmin orqanın adı və rəyin tarixi, məhkəmə qətnaməsi əsasında dəyişdirildikdə qətnamənin tarixi, nömrəsi və onu çıxarmış məhkəmənin adı yazılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

10-cu qrafada ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur. 11-ci qrafa ərizəçi tərəfindən imzalanır, 12-ci qrafada verilən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir. 13-cü “Qeydlər üçün” qrafada soyadın, adın və ata adının dəyişdirilməsinin dövlət qeydiyyatının etibarnamə əsasında aparıldığı hallarda nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar göstərilir.