Daş və xrizotilsement konstruksiyalara aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu bölmənin tələbləri gil və silikat kərpiclərdən yerinə yetirilmiş daş konstruksiyalara və xrizotilsement konstruksiyalara şamil olunur. Kərpicdən olan konstruksiyalara qazşəkilli və bərk mühitin aqressiv təsir dərəcələri cədvəl 22 və 23-ə əsasən qəbul olunmalıdır. Kərpicdən olan konstruksiyalara şoranlaşmış qruntların aqressiv təsir dərəcələri cədvəl 4-ə əsasən qəbul olunmalıdır.