İşəgötürənlərlə işgüzar əlaqələrin qurulması, təhsilalanların müəssisə və təşkilatlarda təcrübə keçməsi, məzunların işlə təmin olunması və karyera inkişafı, təhsilverənlərin peşəkarlığının artırılması istiqamətlərində tədbirlərin görülməsini təmin etmək, müəyyən edilmiş struktur daxilində əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, onların əmək haqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri), habelə  müəssisənin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla gəlir və xərclər smetasını, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq etmək, müəssisənin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək və Elmi Şuranın qərarlarını təsdiq etmək, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirmək rektorun vəzifələri sırasındadır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə”də əksini tapıb.