Neft və neft məhsullarını saxlamaq üçün nəzərdə tutulmuş rezervuarların polad konstruksiyalarının daxili səthlərinə aqressiv mühitin təsir dərəcələri cədvəl 32 –yə müvafiq olaraq qəbul olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Karbonlu və azlegirlənmiş (az aşqarlı) poladlardan və ya alüminiumdan layihələndirilmiş soyuq su, neft və neft məhsullarını saxlamaq üçün nəzərdə tutulmuş yeraltı, yerüstü rezervuarların konstruksiyalarının daxili səthlərinin korroziyadan mühafizə üsulları əlavə 14 və cədvəl 29-un tələblərinə müvafiq şəkildə, o cümlədən neft və neft məhsulları üçün rezervuarların konstruksiyalarının daxili səthlərinin mühafizəsi–DÜİST 1510-un tələblərinə müvafiq nəzərdə tutmalıdır.
