Alüminium konstruksiyaların kərpic və ya beton konstruksiyalarla qovuşmalarının yerinə yetirilməsinə mühitin aqressiv təsir dərəcəsindən asılı olmayaraq məhlul və ya beton tərkiblərin tamamilə bərkiməsindən sonra yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Konstruksiyaların qovuşma sahələri lak-boya örtüklərlə qorunmalıdır. Alüminium konstruksiyaların betonlanmasına yol verilmir. Alüminiumdan olan boyanmış konstruksiyaların ağac konstruksiyalarla qovuşmalarına sonuncuların özüllü maye (kreozot) ilə hopdurulması şərtilə yol verilir.
