Obyektlərin layihələrində tikinti prosesində alüminium konsrtuksiyalarının səthlərinə yuxarıda şərh olunmuş maye və tozların, eləcə də bərkiməmiş betonun və tikinti məhlullarının düşmə ehtimalı istisna olunmadıqda, onların konstruksiya səthlərindən təmizlənməsinin zəruriliyi haqqında müvafiq göstərişlər qeyd edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Cədvəl 27

Üzvi maye mühitlərMetal konstruksiyalara mühitin aqressiv

təsir dərəcələri

Yağlar (mineral, bitki, heyvan)Aqressiv olmayan
Neft və neft məhsullarıZəif aqressiv
Həlledicilər (benzol, aseton)
Üzvu turşu məhlullarıGüclü aqressiv
Qeyd. Bu cədvəldə gostərilən neft və neft məhsullarının aqressiv təsir dərəcələrini, dayaq metal konsrtruksiyalarına və rezervuar konstruksiyalarının xarici səthlərinə təsirlərinin olduğu hallarda nəzərə alınmalıdır. Rezervuarın daxili konstruksiyalarına neft və neft məhsullarının aqressiv təsir dərəcələri cədvəl 32- yə görə qəbul edilməlidir.