Mühitin metal konstruksiyalara aqressiv təsir dərəcələri müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Mühitin metal konstruksiyalara aqressiv təsir dərəcələri aşağıda verilmişdir:

– hava atmosferinin – cədvəl 24 və 25 -də;

– qeyri-üzvi maye mühitin – cədvəl 26 -da;

– üzvi maye mühitin – cədvəl 27-də;

– qruntların karbonlu poladdan olan konstruksiyalara – cədvəl 28 -də.

Qızdırılan binanın daxilində yerləşən konstruksiya hissələrinə mühitin aqressiv təsir dərəcələri cədvəl 24 və 25 üzrə təyin edilərkən binanın nəmlik rejimi xüsusiyyətləri, isidilməyən binaların daxilində yerləşən, talvar altı və ya açıq havadakı konstruksiya hissələri üçün isə nəmlik zonalarının xüsusiyyətləri qəbul olunmalıdır.