Orta və güclü aqressiv təsir dərəcəli kimyəvi mühitlərdə istismarı nəzərdə tutulan ağac konstruksiyaların layihələndirilməsində bioloji agentlərin təsiri nəzərə alınmır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Bina və qurğuların konstruktiv həlləri ağac konstruksiyalara dövrü baxış keçirilməsinin mümkünlüyünü və mühafizə örtüklərinin mütəmadi olaraq yenilənməsini təmin etməlidir.
