Övladlığa götürmə akt qeydi tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
Övladlığa götürmə akt qeydi (Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə) tərtib edilərkən övladlığa götürülən uşaq, onun valideynləri və övladlığa götürənlər haqqında məlumatlar uşağın doğumu haqqında akt qeydinə, övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinə və övladlığa götürənlərin təqdim etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq aşağıdakı qaydada göstərilir:
– Övladlığa götürülən haqqında məlumatlar:
– övladlığa götürülməzdən əvvəl – 1-5-ci qrafalarda doğum haqqında akt qeydinə əsasən;
– övladlığa götürüləndən sonra – dəyişdirildiyi halda soyadı, adı, ata adı, doğulduğu tarix və yer övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinə əsasən yazılır. Həmin məlumatlar dəyişdirilmədiyi halda bu sütunda övladlığa götürülməzdən əvvəlki məlumatlar təkrarlanır.